Türkiyənin FOX TV-sində yayımlanan "Adı mutluluk" serialı sona çatır. Cia.az-ın xarici KİV-ə istinadən məlumatına görə, buna sənən ekran işinin reytinq cədvəlində yeddinci sıraya düşməsidir. Buna görə dəfələrlə yayımlanma günü dəyişdirilib. Amma bu ekran işinin reytinq cədvəlində yüksəlməsinə kömək etməyib.
Serialın son bölümü oktyabrın 12-də yayımlanacaq.
"Adı mutluluk" serialında Kaan Yıldırım, Ezgi Eyüboğlu, Ceyhun Mengiroğlu, Dilara Aksüyrek və başqaları rol alıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.