“Çox gözəl oyun oldu. Böyük hesabla qalib gəldiyimiz üçün sevinirik”. Bu sözləri Qol.Az-a açıqlamasında “Qəbələ”nin kapitanı Dodo “Xəzər Lənkəran”la oyundan (6:0) sonra deyib.
Braziliyalı yarımmüdafiəçi görüşün 8-ci saniyəsində rəqib qapısına yol tapıb. “O, bu barədə də danışıb: “Qol vurmaq mənim işimdir. Nə vaxt qol vurmağımın fərqi yoxdur. Əsas odur ki, komandamın qələbəsində pay sahibi olum”.
Dodo azarkeş sayının az olmasına da toxunub: “Azarkeşlərin az olması oyunumuza təsir etmədi. Bunun heç bir fərqi yoxdur. Belə qələbələrimiz davam etsə, azarkeşlər də meydana gələcək”.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.