banner
banner

Sosİal

Metroda kassalar bağlandı - 200 xəzinədar xanımın taleyi necə olacaq?

Metroda kassalar bağlandı -

Metroda çalışan 200-dək xəzinədarın yarısına müvafiq işlər təklif olunub. Bu barədə Bakı Metropolitenin Mətbuat Xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

O qeyd edib ki, hazırda ləğv olunmuş xəzinədar ştatında çalışan işçilərə ixtisaslarına, stajlarına uyğun olaraq işlər təklif olunur: “ Elə işlər var ki, qəbul olunmaq üçün imtahan vermək lazımdır. Qarşılıqlı razılaşma əsasında onlara təklif olunan işlərə uyğun qərar verirlər. Təxminən 200 nəfərin yarısına müəyyən işlər təklif olunub. Təbii ki, işə qəbul üçün əmr verilməlidir. Hazırda proses davam edir”.

Qeyd edək ki, “Bakıkart” sisteminə keçidlə əlaqədar oktyabr ayının birindən etibarən metroda xəzinədar ştatı ləğv olunub.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.