banner
banner

Şou

"Hürrəm Sultan" ekranlara dönür

"Hürrəm Sultan" ekranlara dönür

İş şəraiti çətin olduğu üçün seriallarda yer almayan aktrisa Vahide Perçin ilyarım sonra səhnəyə qayıdıb.
3 il əvvəl xərçəng xəstəliyindən müalicə alaraq sağalan aktrisa serial çəkilişlərinin uzun sürdüyünü deyərək ekranlardan uzaq qalmışdı.
Çəkiliş meydançasına dönən Vahide serialda öz təyin etdiyi qrafik ilə işləyəcəyini şərt qoyub. Bundan əlavə isə o, bir neçə kaprizli qayda da qoyub:

"Saç, makiyaj da daxil olmaqla çəkiliş meydançasında cəmi 10 saat qalacağam. Həftədə 2 dəfə icazəm olmalıdır. yeməklərdə isə özümə məxsus qidalanma proqramım olacaq".

Ən son "Möhtəşəm yüz il"də "Hürrəm Sultan" olan aktrisanın yeni çəkiləcəyi serialın adı "Göç zamanı"dır. V.Perçinin tərəf müqabili Talat Bulut olacaq. Hər seriyaya 60 min lirə (təxminən 35 min manat) alacaq aktrisa ən çox qazanan aktrisalar siyahısındadır. O, təklif gələn filmlərdən isə 150 min lirə (təxminən 60 min manat) istəyir.

Qeyd edək ki, Talat Bulut ilə Vahide Gördüm 2007-2008-ci illərdə "Annem" serialında da birgə çəkilmişdi.

Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.