“Ermənistan 1915-ci il hadisələrinin “erməni soyqırımı” kimi tanıdılmasına yönəlik fəaliyyəti ilə dünyanı aldada bilməz”. APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək bəyan edib. O qeyd edib ki, son zamanlar ermənilər və erməni lobbisi dünya ölkələrinin parlamentləri tərəfindən 1915-ci il hadisələrinin “erməni soyqırımı” kimi tanınması üçün səylərini gücləndiriblər. C. Çiçək həmçinin bildirib ki, Ankara arxivləri açmağa və 1915-ci il hadisələrini yenidən araşdırmağa hazırdır.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.