banner
banner

Dünya

Dünyada 702 milyon insan yoxsuldur

Dünyada 702 milyon insan yoxsuldur
Yoxsulların sayının 3 il əvvəlinə görə 200 milyon azaldığı deyilir.
Dünya daxilində 702 milyon insan həddindən artıq yoxsuldur. BMT-nin araşdırmalarına görə, bu insanlar gündə 1 dollar 25 sentdən az bir pul ilə dolanırlar. 
Aparılan araşdırmalar müəyyən edib ki, yoxsullar 2008-ci ildə gündəlik tələbatlarını ödəmək üçün 1,25 dollar xərcləyirdilərsə, bu gün bunun üçün 1,9 dollar vəsait tələb olunur. 
 
Dünya Bankı isə 702 milyonun dünya əhalisinin yüzdə 9 ,6-nı tǝşkil etdiyi üçün bu rəqəmlərdən mǝmnundur. Bankın illik hesabatında həddindən artıq yoxsulların sayının 3 il əvvələ görə yüzdə üç, yəni 200 milyon azaldığı vurğulanıb.
 
Kasıblıq səviyyəsinə qədər olan insanların sayının isə 10 faizdən aşağı olduğu bildirilir.
Hesabata görə həddindən artıq yoxsulluq ilk dəfə ümumi əhalinin yüzdə 10-nunu tǝşkil edir. Bu eniş, inkişaf etməkdə olan ölkələrdəki dinamik iqtisadi inkişaf ilə səhiyyə və təhsil sahələrindəki investisiyaların nəticəsindədir.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.