Müğənni Ayşə Hatun Önal keçmiş sevgilisi, yumorist-şoumen Cem Yılmazdan danışıb. Cia.az-ın gecce.com-a istinadən məlumatına görə, ifaçı jurnalistlərin eşq həyatı ilə bağlı suallarına “Həyatımda heç kim yoxdur” cavabını verib. Ona Cemlə yaşadığı sevgi macərası ilə bağlı sual verildikdə isə Ayşə “O oldu, qurtardı. Hərə öz yoluna… Hazırda karyeramla məşğulam, şəxsi həyatıma ayırmağa vaxtım yoxdur. Olsa da, gələcəkdə xoşbəxt yaşayacağam” deyib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.