banner
banner

Sosİal

Sabah da yağış yağacaq

Sabah da yağış yağacaq

Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, lakin gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı gözlənilir. Axşam bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Cia.az-a verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 15-19, gündüz 22-27, Bakıda gecə 16-18, gündüz 24-26 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 50-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında oktyabrın 07-də şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, axşam mülayim qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 12-17, gündüz 22-27, dağlarda gecə 5-10, gündüz 11-16 dərəcə isti olacaq.

Oktyabrın 07-də Abşeron yarımadasında mülayim hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.