Yaxşı rəfiqə olan aktrisalar Hatice Şendil və Bergüzar Korel uzun müddətdən sonra yenidən bir araya gəliblər.
Cia.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, rəfiqələrin birgə fotosunu Hatice paylaşaraq "Qovuşduq" yazıb.
Qeyd edək ki, B.Korel də uzun müddət sonra ilk dəfə sosial şəbəkədə görünüb. O, terror hadisələri ilə bağlı paylaşım etmədiyi üçün izləyiciləri tərəfindən sərt tənqidə məruz qalmışdı. Bu səbəbdən də söz-süözhbətdən bezdiyi deyən aktrisa sosial mediadan istifadəsini minimuma endirib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.