banner
banner

Sosİal

Sərnişinlər üsyan edir: Dayanacaqlarda ödəniş terminalları yoxdur - FOTOLAR

Sərnişinlər üsyan edir:
Məlum olduğu kimi, Bakıda yeni avtobus şirkəti fəaliyyətə başlayıb. “Baku Bus” MMC şirkəti Bakıda bir neçə marşrut xətti üzrə çalışır. Şirkətin sərnişinlərə təqdim etdiyi yeni və müasir avtobuslar haqqında daha öncəki yazımızda geniş məlumat vermişdik. İndi isə məsələ tam başqadır.
Belə ki, bu avtobuslarda gediş haqqı "Bakı kart"la ödənilir. Bu sistem sərnişinlərin və sürücülərin rahatlığı üçün ideal şərait yaradır. Lakin hazırda kartla bağlı problemlər var.
Məsələ burasındadır ki, sərnişinlər kartlara balans yükləmək üçün ödəniş terminalları tapmırlar. Öncədən məlumat verilmişdi ki, ödəniş terminalları sadəcə, metrostansiyalarda deyil, avtobus dayanacaqlarında da olacaq. Amma hazırda şəhərin sadəcə, bir neçə yerində olan dayanacaqda verilən sözə əməl edilir.
 
Bakının əsas küçələrində, prospektlərində olan avtobus dayanacaqlarında ödəniş terminalları yoxdur. Misal üçün Neftçilər prospekti 36 ünvanında, daha dəqiq desək, Dövlət Kukla Teatrının yanındakı dayanacaqlarda heç bir ödəniş aparatı yoxdur. Hansı ki, yolun hər iki tərəfində olan dayanacaqlar gün ərzində sərnişinlər tərəfindən yetərincə istifadə edilir. 
 
Sərnişinlər əsasən 5 nömrəli marşrut avtobusundan istifadə edirlər. Bu avtobuslar da "Baku Bus" şirkətinə aid olduğu üçün ödəniş sistemi "Bakı kart"ladır. Dayanacaqlarda ödəniş terminallarının olmaması sərnişinlər üçün problem yaradır. 
 
 
Bakı sakini Səkinə Abbasova deyir ki, dayanacaqda ödəniş terminallarının olmaması ona böyük problem yaradır: "Hər dəfə yolum metrodan düşəndə karta minimum 5 manat balans yükləyirəm. Çünki başqa yerdə ödəniş etmək çətin olur. Çünki Bakının nadir dayanacaqlarında ödəniş terminalı var. Onlar da mənim nə evimə, nə də işimə yaxın deyil. Hər gün 5 nömrəli marşrutdan istifadə edirəm. Bəzən karta balans yükləməyi unuduram. Kiməsə 20 qəpik verib, xahiş edirəm ki, mənim yerimə də ödəniş etsin". 
 
 
Dayanacaqda avtobus gözləyən Xəyal adlı gənc də ödəniş terminallarının olmamasından şikayət edir:"Cibimdə pulum, əlimdə kartım var. Amma avtobusa minə bilmirəm. Çünki kartımda balans yoxdur. Ödəniş terminalı olmadığı üçün avtobusa minə bilmirəm. Hər dəfə marşrut dayanacağına yaxınlaşanda adam axtarıram ki, o, öz kartı ilə mənim yerimə ödəniş etsin, mən də ona 20 qəpik verim. Artıq 4 avtobus gəlib, gedib. Amma minə bilməmişəm. Buna görə də, gedəcəyim yerə gecikirəm". 
 
 
Bu günə kimi bu prospektdən 5 və 88 nömrəli marşrut avtobusları daim istifadə edirdilər. Hazırda 88 nömrəli marşrut avtobusu bu küçədən keçmir. Əvvəllər bu marşrut avtobusu Azadlıq prospektindən 20-ci sahə istiqamətində hərəkət edirdisə, bu gündən etibarən isə Azadlıq prospektindən 28 May metrostansiyasına kimi fəaliyyət göstərir. Bunun özü də sərnişinlərə əlavə çətinliklər yaradıb. Çünki çoxlarının bu dəyişiklikdən xəbərləri yoxdur. 
 
 
Həmçinin, 37 saylı marşrut avtobusu əvvəllər Avtovağzal-İçərişəhər metrostansiyası– 20-ci sahə istiqamətində fəaliyyət göstərirdisə, indi Avtovağzaldan İçərişəhər metrostansiyasına kimi hərəkət edəcək. 13 saylı marşrut avtobusu isə fəaliyyətini dayandırır.
 
Qeyd edək ki, 13 saylı marşrut avtobusu 7-ci mikrorayon–Həsən Əliyev küçəsi–Tbilisi prospekti–Elmlər Akademiyası metrostansiyası istiqamətində fəaliyyət göstərirdi. İndi isə bu marşrut xəttini "Baku Bus" MMC-yə məxsus 6 saylı marşrut avtobusu əvəz edir. 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.