banner
banner

Sosİal

Avtobuslarda Wi-Fi olacaq

Avtobuslarda Wi-Fi olacaq
Yeni avtobuslarda Wi-Fi avadanlıqları qurulub və hazırda onları fasiləsiz internetlə təmin edəcək operator seçilir.
Bunu Trend-ə açıqlamasında “Baku Bus” MMC-nin direktor müavini Vüsal Kərimli deyib.
V.Kərimli bildirib ki, “Baku Bus” MMC-yə məxsus avtobuslar tam xəttə buraxıldıqdan sonra Wi-Fi məsələsi də öz həllini tapmış olacaq: “Baku Bus” MMC tərəfindən bütün işlər mərhələli şəkildə həyata keçirilir. Wi-Fi məsələsi son nöqtədir. Hazırda əsas məqsədimiz ictimai nəqliyyatda bizə verilmiş marşrut xətləri üzrə təkmilləşdirmə işləri aparmaqdır. Wi-Fi mobil telefon üzərindən olacaq. Şəbəkələrdə bəzən internetə qoşulmalarda kəsintilər olur. Gələckdə qoşulmada kəsinti olduqda, sərnişin "Baku Bus” MMC-dən narazı olacaq. Ona görə də biz prosesə tam hazır olduqdan sonra avtobuslarda internetlə təmin etməni tətbiq etmək istəyirik”.
 
Xatırladaq ki, “Baku Bus” MMC Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində yaradılıb. “Baku Bus” MMC-yə məxsus 150 avtobus Fransa istehsalı olan “İveco” markalı avtobuslardır. Onlar Azərbaycan büdcəsinə 68 milyon ABŞ dollarına başa gəlib.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.