banner
banner

Gündəm

Tiblisi prospektindəki qumarxana generalındır?

Tiblisi prospektindəki qumarxana generalındır?

Onların arasında hüquq-mühafizə orqanlarında yüksək vəzifə tutan şəxslərin, tanınmış idmançıların, hətta jurnalistlərin də olduğu bildirilir. Söhbət qumarxanalardan gedir.

Məlum olduğu kimi, dünyada ən çox gəlir gətirən sahələrdən biri də qumar biznesidir. Rəsmi məlumatlara görə, hər ay dünya üzrə qumarxanalardan yığılan gəlir 100 milyard dollardan çoxdur. Dünya dövlətlərinin bir çoxunda qumarxana biznesi leqallaşdırılıb. Yəni qanunla müəyyən olunmuş yerlərdə qumarxanalar azad fəaliyyət göstərir. Bu sahədən əldə olunan gəlirin bir hissəsi həmin ölkələrin büdcəsinə daxil edilir. Azərbaycanda isə qumarxanalar əksər hallarda gizli fəaliyyət göstərir.

Eyni Tiblisi prospekti 3007-ci məhəllədəki binanın altında gizli şəkildə fəaliyyət göstərən qumarxana kimi…

“Tiblisi prospekti 3007 ünvanındakı müəmma...”

Bura Tiblisi prospekti 3007-ci məhəllədir. Qumar anlayışı olan hər kəsin bu ünvandan xəbəri var. Çünki gizli fəaliyyət göstərən, qanunsuzluğun hər üzünü görən bu məkanda şıdırğı oyun gedir. Bəzən burada qan su yerinə axır. Bəzən isə ərazidə yaşayanlar, kisələrlə daşınan pulların şahidi olurlar. Qara şüşəsi olan bu məkan 24 saat nəzarətdədir. Ərazinin gözətçiliyini edənlər, qapıdan quşun uçmağına belə imkan vermirlər. Qumarxanada generalın adı hallanır

Həmin ünvana yollandıq, qapının sadəcə göz görünəcək hissəsindən, bizə hədə-qorxu gələn nəzarətçi bildirdi ki, başımızın ağrımamasını istəyiriksə oradan uzalaşaq: “Başınızın sağ-salamat olmasını istəyirsinizsə buradan uzaqlaşın. Yoxsa bu sizə baha başa gələr”.

Nəzarətçini içəri keçmək üçün razı salmaq istəsək də, alınmır. Çünki bura, adətən məmurlar, biznesmenlər üz tutur. Ona görə də, içəri yalnız tanış üzlər, daimi müştərilərin etibar etdiyi şəxslərin girişi sərbəstdir.

Nəzarətçi bildirdi ki, bu qumarxana Bakı Şəhər Baş Polis İdarəsinin rəis muavini, polis-general mayoruna məxsusdur: “Siz bilirsiniz bura kimindir? Bura Elxan Həsənovundur. Ona heç kim bata biməz. Buranın fəaliyyəti isə necə başlayıbsa, elə də davam edəcək. Ona görə də ən yaxşısı siz burdan uzaqlaşın”.

Məsələ ilə bağlı Nəsimi Rayonu, 20-ci Polis Bölməsinin rəisi Nasir Babayevlə əlaqə saxlasaqda suallara cavab tapa bilmədik.

Vətəndaşların rahatlığını pozan bu mənzərə niyə polisin gözündən uzaqdır?


Ətrafda yaşayan sakinlərin hər biri buradakı qumarxanadan da, orada baş verənlərdən də, obyektin generalının adı ilə birgə çəkilməsində də xəbərdardılar. Sakinlərdən biri bildirir ki, məsələni yalnız nazir həll edə bilər: “Bunlara kimsənin gücü çatmır, əgər arxalarındakı ortadan götürülməsə... Mən nazir Ramil Usubova inanıram, əgər o bilsə ki, onun bəzi işçiləri bu qumarbazların himayəçisidir, bir saatın içində bura təmizlənər, bu qumar oynayanların kimliyi də aşkarlanar...”.
Sakinin nazirə inamına biz də inanırıq. Odur ki, ətrafı-qumarxana meydanını seyr edərək dəhşətə gəlməkdə idik. Bir az hava qaralanda, bahalı maşınlar, azyaşlı qızlar ortada görünməyə başlayır. Kimi qazandığı üçün şoka girib xəstəxanalıq olur, kimi qazandığını həzm edə bilməyib dava salır, kimi isə qazandığı üçün sevincdən qışqır-bağır salır…

Qeyd edək ki, obyektin üstünə heç bir reklam lövhəsi və ad vurulmayıb. Buranı işlədən şəxslər diqqəti üzərlərinə cəlb etmək istəmirlər. Qumar oyunlarının həvəskarı olan insanlar bu obyekti əzbər tanıyır.

Sakinlər deyir ki, gündüzlər adi restoran kimi fəaliyyət göstərən obyektdə gecə saat 2-dən sonra qumar oyunlarına start verilir: “Neçə-neçə insan buranı ağlayaraq tərk edib. Pulunu, bahalı əşyalarını, maşınını, hətta evini qumarda uduzan olub. Qumarxananın generala məxsus olduğunu eşitmişik. Onlar heç kimdən və heç nədən qorxmayaraq camaatı pis yola sürükləyirlər. Ərazidə xidmət aparan polis əməkdaşları qumarxananın fəaliyyətinin dayandırılması istiqamətində heç bir tədbir görmürlər”.


Heydər Əliyevin qadağasını kimlər pozur?

1998-ci ildə Ulu Öndərimiz Heydər Əliyevin fərmanı ilə Azərbaycanda kazino və qumarxanalar ləğv olundu. Ölkəmizdə, xüsusən Bakıda həmin dövrə qədər demək olar ki, addımbaşı rast gəlinən qumarxanaların fəaliyyətinə son qoyuldu. Qeyd edək ki, 90-cı illərin ortalarından başlayaraq Bakıda loto oyunu geniş yayılmışdı və paytaxtın bütün küçələrində lotoxanalara rast gəlmək mümkün idi. Bundan əlavə, iri restoran və hotellərdə əsasən elit təbəqənin müştərisi olduğu kazinolar fəaliyyət göstərirdi. Hazırda mərc oyunları Milli Məclisdə qəbul edilən qanunla leqallaşsa da, bu biznesin digər növləri gizli şəkildə həyata keçirilir. Məsələn, Bakıda "Avroviziya" yarışmasından öncə yüzlərlə kazino və lotoxana açılmışdı ki, bunlarında tam yarısına "Qara Vəzir" kimi tanınan bir şəxs və onun ətrafındakı, əslən Gürcüstandan olan azərbaycanlılar nəzarət edirdi. Mahnı müsabiqəsinə az qalmış Bakıdakı bütün kazinolar polis tərəfindən ləğv edildi. "Qara Vəzir" isə həbs olundu. Bildiyiniz kimi, bəziləri olan-qalan pulunu, qır-qızılını, maşınını, hətta evini də qumara qoyur və uduzur. Elə məhz bu səbəbdən Azərbaycanda qumar oyunları qadağan edilib. Amma buna baxmayaraq, hələ də paytaxtda və ölkənin müxtəlif yerlərində qumarxanalar fəaliyyətdədir. Diqqətinizə çatdırmaq istəyirik ki, Bakıda Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində tez-tez belə yerlər aşkarlanır. Belə getsə, həmin qumarxanalar bir müddətdən sonra aşkar şəkildə fəaliyyətlərini davam etdirəcəklər.

3 ildən 6 ilədək azadlıqdan məhrum etmə...

Maraqlıdır, qeyri vaxt hüquq-mühafizə orqanlarının əməkdaşları xırda bir cinayət faktına görə sərt tədbirlərə imza atırlar. Amma nədənsə bu məsələdə bəzi polis əməkdaşları seyrçi mövqe nümayiş etdirir. Belə deyirlər ki, paytaxtda fəaliyyət göstərən qumarxanaların, eyni zamanda əxlaqsızlıq yuvalarının himayədarları var. Həmin himayəçilərin arasında tanınmış idmançıların, hüquq-mühafizə orqanlarında vəzifə tutan bəzi yüksək rütbəli şəxslərin olduğu iddia edilir. Qumarxana təşkil edən şəxslərə bildirmək istəyirik ki, qumarxana təşkiletmə və ya saxlamaya görə onları ağır cəzalar gözləyir. Bununla bağlı bir müddət əvvəl Cinayət Məcəlləsinə 244-1-ci maddə əlavə olunub. Qumarxana təşkiletmə və ya saxlama cinayətinə görə 2 ilədək islah işləri və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Bu cinayət təkrar, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədilərsə, 3-6 il müddətinə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Məlumat üçün deyək ki, Ümummilli lider, mərhum Heydər Əliyev qumarxanaların fəaliyyətinə qadağa qoymasından sonra, Azərbaycanın heç bir yerində qumarxana fəaliyyət göstərməyib. Görünür, bu sahənin yaxşı gəlir mənbəyi olması qumarxanaların himayədarlarını Heydər Əliyevin qadağasını pozmağa həvəsləndirib.

Cia.az olaraq paytaxtı ağuşuna alan qumarxana və pritonlar haqqında məlumatları ona görə açıqlayırıq ki, aidiyyəti hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri hərəkətə keçsinlər. Əgər bu obyektlərin fəaliyyətinə tezliklə qadağa qoyulmasa, daha böyük problemlərlə üzləşə bilərik. İnanırıq ki, rəsmi dairələr bu fakta dərhal reaksiya verəcək, qumarxana və əxlaqsızlıq yuvalarının fəaliyyətinə tezliklə son qoyulacaq.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.