banner
banner

İdman

"Vəzifəmdən bir gün də tez gedən deyiləm” – Blatter

"Vəzifəmdən bir gün də tez gedən deyiləm” –

FİFA prezidenti Josef Blatter vəzifəsindən 90 günlük uzaqlaşdırılmasına münasibət bildirib.
Almaniyanın  “Bunte” nəşrinə müsahibəsində ona ünvanlanan tənqidlərə cavab verən Blatter vəzifəsindən gedəcəyi tarixi də açıqlayıb:
“Hər tərəfdən tənqid atəşinə tutuluram. Ancaq FİFA hazırda yaxşı fəaliyyət göstərir. Mən 2016-cı il fevralın  26-da, yəni növbəti seçkilər günündə  tutduğum vəzifəmdən gedəcəm. Həmin vaxtdan bir gün də tez gedən deyiləm.  Əminəm ki, təntənə ilə yola salınacam”.

Qeyd edək ki, Y.Blatter 1998-ci ildən rəhbərlik etdiyi ali futbol qurumuna bu ilin may ayında yenidən seçilib. Lakin o, cəmi 4 gün sonra istefa verib. Yeni seçkilərə qədər FİFA-ya rəhbərlik etməli olan Blatter  ötən gün  İcraiyyə Komitəsinin qərarı ilə 90 gün müddətinə FİFA prezidentliyi vəzifəsindən kənarlaşdırılıb.

 Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.