banner
banner

Şou

Elza Seyidcahan qeydə alınmadı

Elza Seyidcahan qeydə alınmadı

Əməkdar artist Elza Seyidcahanın deputatlığa namizədliyi qeydə alınmayıb.

Cia.az xəbər verir ki, bu barədə azvision.az -a 54 saylı Şabran-Siyəzən Dairə Seçki Komissiyasının sədri Saleh Təhməzov bildirib. Onun sözlərinə görə, E. Seyidcahanın sənədlərində uyğunsuzluq olduğu üçün namizədliyi qeydə alınmayıb.

Qeyd edək ki, bəstəkar-müğənni mətbuata açıqlamasında namizədliyi üçün 10 min səs topladığını bildirmişdi. Bu xəbər qalmalaqla səbəb olmuşdu. DSK müğənnini təkzib edərək bunun mümkün olmadığını açıqlamışdı.
Məsələ ilə bağlı açıqlama verən Elza Seyidcahan namizədliyinin qeydə alınmamasından xəbərsiz olduğunu deyib. Əməkdar artist bildirib ki, bu barədə DSK tərəfindən ona məlumat verilməyib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.