Bir ay əvvəl “Facebook”un rəhbəri Mark Zükerberq sosial şəbəkədə istifadəçilərin çoxdankı arzusu - “Dislike” düyməsinin işə düşəcəyi ilə bağlı xəbər vermişdi. Cia.az-ın xarici mətbuata istinadən məlumatına görə, Markın yenilikləri bununla bitmir. Belə ki, “Facebook”da yeni düymə-emodzilər də istifadəyə veriləcək. bu isə istənilən statusa istifadəçilərin emosional münasibətini bildirmək imkanı yaradacaq. Bu düymələr arasında “Sevgi”, “Gülüş”, “Xoşbəxtlik”, “Kədər”, “Qəzəb” və “Təəccüb” olacaq.
Xatırladaq ki, bu funksiyalar əvvəlcə test mərhələsindən keçəcək. Onlardan birinci İspaniya və İrlandiya istifadəçiləri yararlanacaqlar. Funksiyalar sabahdan işə düşəcək.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.