Məşhur aktrisa Məryəm Üzərliyə ağır itki üz verib.
ANS PRESS-in məlumatına görə, “Hürrəm Sultan” olaraq yadda qalan almaniyalı aktrisa Məryəm Üzərlinin ötən gün gecə nənəsi (atasının anası) dünyasını dəyişib. Bu barədə xəbəri aktrisa sosial şəbəkədə bildirib.
“Dünən gecə İstanbulda nənəm səma ilə, Allahla qovuşdu. Nur içində yat, mənim sevgili nənəm. Allah rəhmət eləsin” – deyə yazan Məryəm Üzərli vəfat edən nənəsi ilə sağlığında birlikdə çəkdirdiyi fotoşəkilləri də paylaşıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.