banner
banner

Dünya

Türkiyə Ermənistana hərbçi göndərir

Türkiyə Ermənistana hərbçi göndərir
Türkiyə beynəlxalq razılaşmaya əsasən Ermənistana hərbi heyət göndərəcək.
APA-nın verdiyi məlumata görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının açıqlamasında deyilir.
Türk əsgərləri Ermənistana Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilə çərçivəsində göndəriləcək.
“Razılaşma çərçivəsində Türkiyənin liderliyi ilə 11 oktyabr tarixindən Ermənistanda Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilə çərçivəsində nəzarət həyata keçiriləcək. Türkiyə Nəzarət Qrupunun tərkibində Slovakiyadan olan hərbçi də yer alacaq. Yoxlamalar həyata keçirildikdən sonra qrup oktyabrın 14-ü Türkiyəyə qayıdacaq”, - deyə məlumatda bildirilir.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.