“Aşk-ı Memnu” serialında baş rolda çəkilmək təklifini “Qarışıq münasibətlərin yer aldığı seriallarda çəkilmirəm” deyərək rədd edən aktyor Mehmet Aslantuğ sözünün üstündə durmayıb. Aktyor tərəf-müqabilləri Məryəm Üzərli ilə Murad Yıldırım olan “Aşkın kokusu” serialında oğlunun sevgilisinə aşiq olan ata obrazını canlandıracaq. Aslantuğ serialda övladlığa götürdüyü oğlunun sevdiyi qadınla eşq yaşayacaq. Serial dekabrda “Star”da ekranlara gələcək.
Xatırladaq ki, Mehmet Aslantuğ daha əvvəlki açıqlamasında “Şan, şöhrət və pul mənim üçün ön planda deyil. Qarışıq münasibətlərin olduğu “Aşk-ı Memnu, “Min bir gecə” seriallarında çəkilməyi ona görə rədd etdim” demişdi.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.