Rusiyalı müğənni Nyuşanın fanatı səhnədə onun ətəyini əynindən çıxardıb.
Axşam.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə Nijni-Novqorod şəhərində keçirilən konsertdə baş verib. Belə ki, müğənni auditoriyaya yaxınlaşıb, ona təqdim olunan gül buketi və hədiyyələri qəbul edən zaman kişi fanatlarından biri gözlənilmədən səhnəyə çıxaraq 24 yaşlı ulduzu öpməyə cəhd göstərib. Dərhal mühafizə xidmətinin əməkdaşları müdaxilə ediblər. Lakin bu zaman fanat Nyuşanın ətəyini onun əynindən çıxardıb.
Müğənni jurnalistlərə müsahibəsində hadisə ilə bağlı bu fikirləri səsləndirib:
“Hər şey bir anda baş verdi. Heç gözləmirdim. Birinci elə bildim, mənə buket təqdim edəcək, amma sonra başa düşdüm ki, ətəyimi dartışdırır.”
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.