Dövlət Statistika Komitəsi (DSK) 10 vəzifə üzrə vakansiya elan edib.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya istinadən bildirir ki, komitə əmək statistika şöbəsinin baş məsləhətçisi, xidmət statistikası şöbəsi sosial və dövlət idarəetməsi statistikası sektoru aparıcı məsləhətçi vəzifəsi, Abşeron rayon statistika idarəsi rəis müavini vəzifəsi, Astara, Masallı, Saatlı, Tərtər rayon statistika idarələrinə baş mühasib axtarır.
Bundan başqa, komitə Zaqatala Rayon Statistika İdarəsinə baş məsləhətçi, milli hesablar və makroiqtisadi göstəricilər statistikası şöbəsi qeyri-dövlət xarici borc və investisiyalar statistikası sektoru baş məsləhətçi və sektor müdiri vəzifələri üzrə də vakansiya elan edib.
Qeyd edək ki, adıçəkilən vəzifələr üzrə maaşlar 310-620 manat arasında dəyişir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.