Azərbaycanda yaşayan Türkiyə vətəndaşı Coşqun Şahin Xırdalan İcra başçısının oğlu tərəfindən döyüldüyünü iddia edir.
Coşqun Şahin qeyd edib ki, 25 ildir ki, Azərbaycanda yaşayır və əvvəllər “Xəzər” televiziyasında yemək proqramı aparıb: “Proqramdan ayrıldıqdan sonra Xırdalanda bir yeməkxana işlətməyə başladım. Keçən il Xırdalanda qaçqınların binasında partlayış oldu, orada işləyənlərə gündə 3 dəfə yemək verməyimi və sonradan pulun ödənəcəyini bildirdilər. Mənə heç bir məbləğ ödənməyincə şikayət etmək üçün Abşeron rayon İcra Hakimiyyəti başçısının Xırdalan şəhəri üzrə İcra Nümayəndəsi Fikrət Orucovun yanına getdim. Məsələ ilə bağlı bir çox bəhanə gətirən icra nümayəndəsi öz obyektinin olduğunu və oranı işlətməyimi təklif etdi. Mən də razılaşdım. Ancaq sonradan oranın qazancının yaxşı olmadığını gördüm. Aylıq 2000 manat kirayəsi vardı və içinə bir xeyli avadanlıq almışdım. 2 ay işlətdim sonra kirayə puluna gücüm çatmadığını dedim. O da bildirdi ki, imkanın yoxdur çıx, mən başqasına arendaya verəcəm. Çıxacağım təqdirdə avadanlıqların pulunu istəmək üçün yanına getdim. O da mənim qolumdan tutub çölə atdı və məni təhqir etdi .
Daha sonra oğlu da məsələyə qarışdı və küçədə hamının qarşısında məni vurmağa başladı”.
Coşqun Şahin məsələ ilə bağlı polisə də müraciət etdiyini bildirib.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.