Bakı Beyəlxalq Avtovağzalındakı sürüşmə genişlənib.
"Qafqazinfo"nun hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, dünən gecə saatlarında Sumqayıt yolunun Bakı istiqamətində olan hissəsində əsas yolda yarıqlar əmələ gəlib. Bundan öncə Avtovağzalın dayanacağında baş verən sürüşmənin təxminən 10 metrliyində olan budəfəki təkanda asfalt qatı 3-4 sm aralanıb. Yolun avtovağzala tərəf hissəsi digər hissədən təxminən 3 sm aşağı düşüb.
Ərazi yol polisi əməkdaşları tərəfindən nəzarətə götürülüb. Yol istismar idarəsinin əməkdaşları yarıqlara qır töküblər. Avtomobillərin sürüşmə baş verən hissədən hərəkəti məhdudlaşdırılmayıb.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.