banner
banner

Gündəm

Müflis olan Telman İsmayılova bu dəfə Ukraynadan hücum başladı

Müflis olan Telman İsmayılova bu dəfə Ukraynadan hücum başladı

Ukrayna parlamentinin 25 deputatı hüquq-mühafizə orqanlarının və Dövlət Vergi Xidmətinin rəhbərliyinə Odessa vilayətindəki keçmiş “Yeddinci kilometr”, indiki “Avanqard” bazarı haqda şikayət göndərib.

Şikayətdə deyilir ki, bu bazarın ortağı olan Yuri İvanşenko qaçaqmalçılıq, reyder hücumları və Luqansk separatçılarının maliyyələşdirilməsi ilə məşğul olur.

“Yura Yenakiyevski” kimi tanınan İvanşenko devrilmiş prezident Viktor Yanukoviçin adamıdır, onun Regionlar partiyasından deputat olub. “Yeddinci kilometr” bazarının səhmlərinin 53 faizi Azərbaycan əsilli yəhudi oliqarx, hazırda müflis durumda olan Telman İsmayılovun AST şirkətlər qrupunun mülkiyyətindədir.

Virtualaz.org saytı xəbər verir ki, şikayəti imzalayan deputatlardan biri Andrey Levus “reyder hücumu ilə ələ keçirilən” bazar Yanukoviçin ailəsini maliyyə ilə təmin edir, həmçinin separatçılara pul verir.

Onun sözlərinə görə, İvanşenko Odessa limanı vasitəsilə qaçaqmalçılıqla məşğuldur. Bazarda alver edənlərə “haqq” qoyulub, milyardlarla qriven büdcədən yan keçir.

2010-cu ildə bazarın direktoru Viktor Dobryanski və qızı İrina səhmlərin 52 faizini satıb. Bu səhmlərin alıcısı kimi “AST” şirkətlər qrupu göstərilirdi. Xəbər yayılıb ki, Telman İsmayılov bazarı Yanukoviçin adamı İvanşenkoya pay ayırmaqla alıb. Daha sonra İvanşenko bazarda 21 faiz payının olduğunu təsdiqləyib.

Ötən il İvanşenkonun adamları bazarın qalan səhmdarlarının paylarını zorla əllərindən alıb.

Xatırladaq ki, Telman İsmayılovun barəsində “Bank Moskva” tərəfindən iddia qaldırılıb. Bank T.İsmayılovun ona borclu olduğu 288 milyon dolları ödəmək qabiliyyətinin olmadığını bildirir və iş adamını müflis elan etməyi tələb edir.

T.İsmayılovun başqa banklara, o cümlədən Türkiyə banklarına, şirkətlərə, fərdi şəxslərə yüz milyonlarla dollar borcları var.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.