banner
banner

Sosİal

Rəis əmr verib - Cərimə meydançasına aparılsın!

Rəis əmr verib -

Bakı polisi sürücülər üçün yeni, amma xoş olmayan ''surpriz'' hazırlayıb.

Artıq paytaxt küçələrində olan rayon qeydiyyatlı avtomobillərə qarşı sərt addım atılacaq. Bu barədə Bakı Şəhər Yol Polis İdarəsinin rəisi Nuşürəvan Səfərov xüsusi əmr verib. Rəisin əmrinə əsasən, rayon qeydiyyatlı avtomobillər dərhal cərimə meydanına aparılacaq. 
Bu barədə sürücülər yol patrul xidmətinin əməkdaşları məlumat verib. Bakıda saxlanılan rayon maşınları cərimə meydanından ancaq saat 20-dən sonra çıxa biləcək.

Məsələ ilə bağlı Bakı Şəhər Yol Polis İdarəsinin mövqeyini öyrənmək mümkün olmayıb.

Xatırladaq ki, Nazirlər Kabinetinin qərarına əsasən, sentyabrın 15-dən Bakı qeydiyyatında olmayan maşınların şəhərə girişinə yasaq qoyulub. Rayon avtomobilləri Bakının girişlərində saxlanılaraq xüsusi dayacağa qoyulur, sürücülərə şəhərə ancaq ictimai nəqliyyatla gəlmək icazəsi verilir.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.