banner
banner

Şou

“Qızım lezbiyan olsa...” - Dənizdən qalmaqallı açıqlama

“Qızım lezbiyan olsa...” -

Model Dəniz Akkaya homoseksualların həyat və mədəniyyətinə həsr olunan “Gzone Un” jurnalına müsahibə verib.

Ailə haqda danışan model homoseksualların evliliyini dəstəklədiyini bildirib:

“Türkiyədə, nəinki, homoseksual evliliyi problem yaradır, heteroseksuallar belə istəmədikləri insanlarla zorla evləndirilir. Qadınlar onlara təcavüz edən şəxslərə ərə verilir. Zorla qurulan ailədənsə, homoseksual evliliklərinin daha yaxşı olduğunu düşünürəm. Mənim üçün evlilik iki insanın razılığı, sevgi hissi ilə qurulmalıdır. Amma uşaq işini ayrı bir yerə qoyuram. Evdə 3-5 yaşında bir uşaq var. Böyüyür, məktəbə gedir. Evində də iki ata var, ana yoxdur. Yoldaşları ondan uzaqlaşmağa başlayır. Eqolardan uzaqlaşıb, əvvəl uşağı düşünmək lazımdır. Siz uşağınızı çox sevə bilərsiniz, lakin o irəlidə buna görə sizdən nifrət edə bilər”.

Akkaya “Əgər bir gün qızınız sizə lezbiyan olduğunu açıqlasa, nə edərsiniz?” sualına da cavab verib:
- Birini öldürmədiyi, birinin şəxsiyyətini alçaltmadığı, hüquqlarına zərər vermədiyi, ölkəsinə xəyanət etmədiyi müddətcə sonuna qədər arxasında dayanaram. Qızım mənə motosiklet istifadə etmək istədiyini desə, o məni daha çox narahat edər”.

 

“Qızım lezbiyan olsa...” -  Dənizdən qalmaqallı açıqlama
“Qızım lezbiyan olsa...” -  Dənizdən qalmaqallı açıqlama
“Qızım lezbiyan olsa...” -  Dənizdən qalmaqallı açıqlama
“Qızım lezbiyan olsa...” -  Dənizdən qalmaqallı açıqlama
“Qızım lezbiyan olsa...” -  Dənizdən qalmaqallı açıqlama

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.