Kanal geri çəkilmir, Milli Teleradio Şurası isə hücumdadır; Tərəflər arasına nifaq salan Xoşqədəm Hidayətqızı isə yeni fotolarını paylaşır
“Deyirəm erməniləri tərifləyən, indi isə ANS-i dəstəkləyən o rus incəsənət adamları bəlkə ANS ÇM-də erməni mahnıları səsləndirilməsini eşidib cuşa gəliblər?” “Report” xəbər verir ki, bunu Milli Televiziya və Radio Yayımları Şurasının şöbə müdiri Təvəkkül Dadaşov deyib.
O qeyd edib ki, anspress.com saytında ANS televiziyasına Rusiyadan bir qrup incəsənət adamının “dəstək verməsi” ilə bağlı informasiyalar yer alıb:“Əlbəttə ki, bunun təşkil olunmuş iş olduğu aydın məsələdir. Amma bu cür işləri görənlər yəqin ki, odla oynadıqlarının fərqindədir. Əvvəla, ona görə ki, bir ölkənin daxili işlərinə xaricdən istənilən səviyyədə müdaxilə yolverilməzdir. Azərbaycanda bu işə qol qoyan bir çoxlarının aqibəti də bəllidir. Digər tərəfdən, xaricdən dəstək verənlərin kimliyi də vacib məsələdir. Həmin altı nəfər rus incəsənət nümayəndələri arasında Anna Şatilovanın,Vladimir Maşkovun, Emmanuil Vitorqanın adları da yer alıb”.
T. Dadaşov bildirib ki, əslində incəsənət adamları sərbəst insanlar olur: “Bu, aydındır. Amma məlumdur ki, bizim torpaqlarımızın 20 faizi Ermənistan tərəfindən işğal olunub. Ermənistana isti münasibət sərgiləyən istənilən şəxsə qarşı yerli ictimaiyyətdə təbii olaraq müəyyən qıcıq var. Məhz buna görə də biz azərbaycanlılar bu nöqtədə həssas davranmalıyıq. Hələ-hələ ”döyüş alnımıza yazılıb" şüarı ilə efirə çıxan ANS. Sözümün canı ondadır ki, ANS-ə Rusiyadan dəstək verən o altı nəfərdən Anna Şatilovanın youtube-da “Razqovor s armyanskim aksentom” erməni kanalında erməniləri, erməni konyakını o ki var tərifləyən videosu yayılıb ki, ona baxan istənilən azərbaycanlıda belə bir insanın Azərbaycanda baş verənlərə xoş niyyətdən yanaşdığına şübhə yaranır".
Şöbə müdirinin sözlərinə görə, məktuba imza atan Vladimir Maşkovla bağlı erməni saytları geniş yazılar yayıb: “Ermənilər onun Spitak zəlzələsi ilə bağlı filmdə baş rollardan birini oynayacağı haqda yazırlar. Babalı öz boyunlarına. Emmanuil Vitorqan isə youtube-da yer alan videoda Moskva erməni teatrının yubileyi ilə bağlı çıxış edir və əlbəttə ki, erməniləri, erməni teatrı barədə müsbət fikirlər səsləndirir. Düzdür, demək olmaz ki, bu adları çəkilən rus incəsənət xadimləri bizim düşmənimizdir. Amma istər-istəməz Azərbaycan ictimaiyyəti bu cür halları xoş qarşılamır. Buna görə də həmin rus incəsənət xadimlərinin kimisə dəstəkləməsi üzərində qurulan şounun tərs üzününün ola biləcəyini də nəzərə almaq lazımdır”.
Anspress.com saytında isə məlum problemdən daha çox telekanalın uğurları barədə xəbərlər yayılır. Dünən saytda yayılan xəbərə görə, ANS TV Avropanın ən iri festvallarından olan “PİMEDATE ÖÖDE FİLM FESTİVAL” (PÖFF) film festivalının rəsmi tərəfdaşı olub. Bu haqda festivalın rəsmi internet saytında bildirilib. İlk dəfə olaraq ANS festivalın informasiya partnyoru rolunda çıxış edir. Film festivalı çərçivəsində baş tutacaq “Black Hights” kinofestivalı EstoniyanınpaytaxtıTallində noyabrın 13-dən 29-na qədər keçiriləcək.
ANS-lə Milli Teleradio Şurası arasında “nifaq alması”na çevrilən “Səni axtarıram” verilişinin aparıcısı Xoşqədəm Hidayətqızı isə mənasız şəkildə susqunluğunu davam etdirir. ANS-in vitse-prezidenti Mirşahin Ağayev son müsahibələrindən birində sözügedən qurumun rəhbəri Nuşirəvan Məhərrəmli ilə X.Hidayətqızı arasında şəxsi problem olduğunu deməsi sonradan bütün nəzərləri xanım aparıcıya yönəltmişdi. Sözügedən müsahibədən belə bəlli olmuşdu ki, bu, televiziya problemindən daha çox şəxsi ədavətin nəticəsidir.
X.Hidayətqızı isə bugünlərdə sosial şəbəkədə öz fotosunu paylaşaraq, dostlarından bu barədə fikir öyrənməyə çalışıb. Sosial şəbəkədəki statusunu daha çox ictimaiyyətə səslənmək, mesaj vermək üçün istifadə edənlərin əksinə, xanım aparıcı bu məkanda da susqunluq nümayiş etdirir.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.