Hər zaman qeyri-adi geyimləri ilə kameralara tuş gələn müğənni Ledi Qaqa bu dəfə paparassilərin qarşısına fərqli imicdə çıxıb. Cia.az xarici mətbuata istinadən xəbər verir ki, ifaçı Nyu-Yorkda Con Kennedi hava limanında obyektivlərə tuş gəlib. Zərif çəhrayı libas geyinən Ledi Qaqa paltosu ilə eyni rəngdə kürk atqı götürüb. O, geyimini yaşıl ayaqqabılarla və tünd rəngli eynəklə tamamlayıb. Kürkü yerə düşən müğənni yerindən tərpənməyib. O, cangüdəninin atqını yerdən götürməsindən sonra yoluna davam edib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.