banner
banner

Sosİal

İcra Hakimiyyəti reydə başladı - 40 tikili söküldü

İcra Hakimiyyəti reydə başladı -

Səbail rayon İcra Hakimiyyəti rayonda qeyri-qanuni torpaq zəbti və qanunsuz tikintilərlə bağlı reydlərə başlayıb.

İH-dən  daxil olan xəbərdə bildirilir ki, dəfələrlə rayonun Badamdar qəsəbəsi və Şıx ərazisindəki «Dostluq parkı» yaxınlığında torpaq sahələrinin zəbt olunması, qeyri-qanuni tikintilərrə yol verilməsi halları ilə bağlı narazılıqlar olub. Rayon sakinlərinin çoxsaylı müraciətləri əsasında bu ərazilərdə torpaq sahələrinin inventarizasiyası, burada bir qrup işbaz tərəfindən qeyri-qanuni zəbt olunmuş torpaq sahələrinin müəyyənləşdirilməsi və qanunsuz tikililərin aparılmasının qarşısının alınması ilə bağlı reydlərə başlanıb.

Keçirilən reyd zamanı Badamdar qəsəbəsinin yeni yaşayış massviləri və ona bitişik olan «Döstluq parkı» ərazisində müxtəlif şəxslər tərəfindən zəbt olunaraq hasarlanmış və qeyri-qanuni fərdi yaşayış evlərinin tikintisi aparılan 40-dan çox fakt aşkarlanaraq burada tikinti işləri dayandırılıb, boş sahələrin hasarları sökülərək ərazi təmizlənib.

Reydin nəticələri ilə bağlı sənədlərin toplanmasına başlanılıb və qanunsuzluqlara yol verən şəxslər barədə materiallar yaxın vaxtlarda rayonun hüqüq-mühafizə orqanlarına göndəriləcək.

Eyni zamanda qəsəbədə vətəndaşlar tərəfindən müvafiq mülkiyyət və tikinti aparılmasına icazə verən layihə sənədləri əsasında fərdi yaşayış evlərinin inşası davam etdirilir və onlara heç bir maneə törədilmir. 
Səbail rayonunda qanunsuz olaraq torpaq sahələrini zəbt edən, qeyri-qanuni tikinti işlərinə cəhd edən işbazların müəyyənləşməsi və onların qanuna zidd əməllərin qarşısının alınması ilə bağlı reydlər gələcəkdə də davam etdiriləcək və ərazilərə nəzarət gücləndiriləcək.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.