banner
banner

Sosİal

“Bunun bizə aiddiyyatı yoxdur” - Hacıbala Abutalıbov

“Bunun bizə aiddiyyatı yoxdur” -

Son günlərin ən aktual məsələlərindən biri Bakı-Sumqayıt yolunun sürüşməsidir. Ən işlək magistrallardan birində təhlükəli çatların yaranması paytaxtın yol infrastukturunda ciddi problemlərin olduğunu deməyə əsas verir. Maraqlıdır ki, şəhər meriyasına rəhbərlik edən cənab Hacıbala Abutalılbov hələki məsələyə münasibət bildirməyib.

Cia.az xəbər verir ki, modern.az saytı Bakı meri ilə əlaqə saxlayaraq, ondan sürüşmə problemi bağlı qənaətlərini soruşub. Ancaq Hacıbala müəllim sualı dinlədikdən sonra “bu problemin bizə aiddiyyatı yoxdur, siz yenə də meriyanın mətbuat xidmətinə zəng edin” deməklə məsələyə münasibət bildirmək istəməyib.

“Bakı-Sumqayıt yolunun sürüşməsi ilə əlaqədar konkret nəsə deyə bilmərik. Çünki avtovağzalın qarşısındakı Bakı-Sumqayıt yoluna biz baxmırıq. Ona görə də yolun sürüşməsi məsələsini araşdırmaq Bakı Şəhər İcra Hakimiyyətinə aid deyil”. Bunu isə Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən deyiblər.

Mətbuat xidmətindən bu ilin mayında Binəqədi rayonu ərazisində yanmış 16 mərtəbəli binanın təmirdən sonrakı vəziyyəti, sakinlərin evlərinə köçməkdən imtina etməsi məsələsinə də aydınlıq gətirilib. “Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov gündəlik olaraq Binəqədi ərazisində yanmış binanın sakinlərilə də, onların problemlərilə də tanış olur. Bu iş Hacıbala müəllimin gündəlik iş rejiminə daxildir. İkinci bir məsələ təmirdən sonra sakinlərin binaya köçməkdən imtina etməsidir. Həmin binada iki mənzil var ki, o mənzillərin sakinləri binaya köçməkdən imtina ediblər. Onların məsələsi araşdırılır. Binaya köçməkdən imtina edənlərə başqa bir yerdə mənzil təklif olunub”.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.