Azərbaycanda ilk dəfə: ana bətnində uşağı əməliyyat etdilər
Ana bətnində 7 aylıq uşağın döş qəfəsinin içinə, ağciyər və ürəyinin ətrafında maye yığılıb. Bu da körpənin ürəyin fəaliyyətinə əngəl olub, ürək çatışmazlığı yaradıb. Amma körpə sağ qalıb.
Bu barədə Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasından məlumat veriblər.
Klinikadan deyiblər ki, ana 5 aylıq hamilə ikən uşağın döş qəfəsinə maye yığılmağa başlayıb: “Buna görə də qadın Türkiyə gedib. Türkiyədə döş qəfəsinin hər iki tərəfinə stend taxdırıb ki, yığılan maye uşaqlıq boşluğundan çölə çıxsın. Lakin müəyyən müddət sonra stendlərin yolu tutulub: ürək qanı təzyiqlə bütün damarlara paylaşdırmaqla işləyir.
Lakin yığılan maye həmin orqanı sıxdığına görə, qan dövranı pozulub, ürək ətrafı ilə yanaşı, qarına da maye yığılıb. Mayenin miqdarı getdikcə daha da artırdı. Bu, həm də dəri ödemi (şişkinliyinin) artmasına səbəb olurdu. Xəstə belə vəziyyətdə klinikaya gətirilmişdi”.
Klinikada ana bətnində uşağın döş qəfəsinə daxil olub, həm sağdan, həm də soldan bu mayeni çəkiblər. 3 dəfə bu prosedur həyata keçirilib. Körpə ürək və ağciyər qüsuru olmadan dünyaya gəlib.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.