banner
banner

Sosİal

Lənkəranı su basdı - 18 nəfər təxliyyə olundu+Fotolar

Lənkəranı su basdı -

İki gün yağan intensiv yağış Lənkəranda ciddi fəsadlar törədib.

Ən çox ziyan Lənkəran rayonunun Bürcəli və Türkəkəran kənd sakinlərinə dəyib. Bu kəndlərdə bir çox fərdi yaşayış evlərini, həyətyanı sahələri su basıb, toyuq-cücələrə, mal-qaraya, ərzaq məhsullarına ciddi ziyan dəyib. Sözügedən ərazilərdə çayqırağı məhəllələr su altında qalıb. Hələlik dəyən ziyanın həcmi məlum olmasa da, ev quşları və xırdabuynuzlu heyvanlar arasında tələfat var.

Fövqəladə Hallar Nazirliyinin Lənkəran regional mərkəzinin xilasedici qrupu və dalğıcları rayonun Bürcəli və Türkəkəran kəndlərində su basmış ərazidən 10-na yaxın ailəni evlərindən təxliyyə edib.

Hazırda həyətlərdə olan suyun hündürlüyü 1,5 - 2 metrə çatır. Rayonun digər kəndlərində də subasmaların olduğu bildirilir.

Bürcəli kənd sakinlərinin bildirdiyinə görə, axşam saatlarında yağıntı güclənsə də, həyətlərə su sel şəklində daxil olub. FHN-nin Lənkəran regional mərkəzindən verilən məlumata görə, subasmaya dağlardan gələn sel suları səbəb olub. Hazırda rayonda intensiv yağış davam edir.

***

Fövqəladə Hallar Nazirliyi Lənkərandakı vəziyyətlə bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, yağan intensiv leysan xarakterli yağışlar nəticəsində Lənkəran rayonu, Bürcəli kəndində bəzi evlərin həyətyanı sahələri və zirzəmiləri su ilə dolub. Fövqəladə Hallar Nazirliyinin Cənub regional mərkəzinin xilasediciləri və Dövlət Sularda Xilasetmə Xidmətinin “Cənub” dalğıc-axtarış qrupu əraziyə cəlb olunub. Xilasedicilər tərəfindən ümumilikdə 5 ailə, o cümlədən 18 nəfər xilas olunaraq təhlükəsiz əraziyə təxliyyə olunub. Əməliyyat saat 03:32 də başa çatıb.

Lənkəranı su basdı -  18 nəfər təxliyyə olundu+Fotolar
Lənkəranı su basdı -  18 nəfər təxliyyə olundu+Fotolar
Lənkəranı su basdı -  18 nəfər təxliyyə olundu+Fotolar
Lənkəranı su basdı -  18 nəfər təxliyyə olundu+Fotolar
Lənkəranı su basdı -  18 nəfər təxliyyə olundu+Fotolar

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.