banner
banner

Gündəm

Hacı İbrahimi xaricə buraxmadılar, yerinə oğlunu göndərdi

Hacı İbrahimi xaricə buraxmadılar,

"“Bandotdel”in saxladığı digər biznesmenlər kimi mənim də xaricə çıxışıma qadağa qoyulub. Ancaq həmin qadağanın nə zaman aradan qaldırılacağı barədə bizə məlumat verilmir. Yalnız Azərbaycandan xaricə getmək istədiyimiz zaman bizə bildirilir ki, siz Azərbaycan sərhədlərini tərk edə bilməzsiniz”.

Bunu ANS PRESS-ə açıqlamasında adı qalmaqallarda hallanan biznesmen Hacı İbrahim Nehrəmli deyib.

Onun sözlərinə görə, məhz buna görə də Çin Xalq Respublikasından “Xəzər adaları” layihəsinə cəlb etdiyi iş adamları ilə görüşə bilməyib: “Mən layihəyə pul yatıracaq biznesmenlərlə görüşmək və orada ortaq şirkət qurmaq üçün Çinə getmək istəyərkən məlum oldu ki, xaricə çıxa bilmərəm. Ona görə də Londonda təhsil alıb qayıdan 21 yaşlı oğlum Hüseynə vəkalətnamə verdim ki, məni orada təmsil eləsin. Ancaq işlər yekunlaşdığı zaman qadağa aradan qalxsa, son müqaviləni imzalamaq üçün özüm gedəcəyəm”.

İ.Nehrəmli işçilərinin maaşını verə bilməməsinə də aydınlıq gətirib və deyib ki, bu, həqiqi məlumatdır: “Mənim şirkətlərimdə hazırda 5 min işçi çalışır. Son iki ayda həmin işçilərin maaşlarında problem yaranıb. Buna da səbəb maddi sıxıntılara düşməyimdir. İşçilər isə səbr edə bilmədi. Onlardan elələri var ki, 300 manata görə bütün bu narahatçılıqlara səbəb olur. Lakin yaxın zamanlarda, daha doğrusu, gələn həftənin sonuna qədər bütün işçilərin məvacibləri ödənəcək”.

İş adam “Avesta” konserninin məhkəməyə verilməsi məsələsini cavablandırarkən isə bildirib ki, belə bir məsələ var, lakin səbəbləri ilə heç maraqlanmayıb.

Hacı İbrahim gələn ilin yanvar ayından başlayaraq “Xəzər adaları” layihəsinin yenidən fəaliyyətə başlayacağını və bununçün 25 min nəfər işçini ilin əvvəlindən işə götürəcəyini də əlavə edib.

Bir müddət əvvəl də Hacı İbrahim Nehrəmlinin mənzil-tikinti kooperativlərindən biri Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu tərəfindən məhkəməyə verilmişdi. Buna səbəb isə şirkətlə FHN-in müvafiq qurumu arasında 32 min manatlıq bir mübahisə yaranması olmuşdu.

İş adamı həmin məhkəmə prosesini şərh edərkən Çin şirkətlərinin onun layihəsinə 15 milyard dollar investisiya yatıracağını, artıq danışıqların son mərhələdə olduğunu və oktyabr ayında Pekinə gedib orada birgə müəssisə yaradacaqlarını bildirmişdi.

“Danışıqlara əsasən həmin şirkət ilk mərhələdə 300 milyon, daha sonra isə 2,7 milyard dollar pul yatıracaq. Bundan başqa 3 milyard dollarlıq bu müqavilə daha iki Çin şirkətinin və bir Sinqapur şirkətinin “Xəzər adaları”na marağına səbəb olub. Buna görə də Pekindəki daha bir şirkətlə 12 milyard dollarlıq yatırım üçün ilkin memorandum imzalamışıq”- deyə Hacı İbrahim Nehrəmli bildirmişdi.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.