banner
banner

Gündəm

“Daha böyük sürüşmə ola bilər” - Nazirlikdən xəbərdarlıq

“Daha böyük sürüşmə ola bilər” -

“Dünən yağan intensiv yağış həm Bakıya daxil olan əsas yolda, həm də avtovağzala tərəfə yönələn yolda çatların dərinləşməsinə və yeni çatların yaranmasına səbəb olub”.

Bunu modern.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev deyib.

O qeyd edib ki, yağışlar nəticəsində və ümumiyyətlə ağırlıq qüvvəsinin təsiri nəticəsində çatlarda genişlənmə olub.

“Belə bir təhlükəli vəziyyət yaranıb. Yağışlar artıqca hər an təhlükə də artır. Həmin əraziyə torpaq tökülüb və üstündən asfalt çəkilib. Yağışlar yağdıqca isə təbii olaraq avtovağzal tərəfə meyillənmə olur”.

Ə.Piriyev qeyd edib ki, yağışlar nəticəsində istinad divarları avtovağzal tərəfə 60 sm sürüşüb.

“Yağışların intensivləşməsi nəticəsində daha da böyük sürüşmə ola bilər. Burada artıq hansı fəsadların yarana biləcəyini oranı tikən şəxslərdən, şirkətdən soruşmaq lazımdır ki, ərazini standartlara, tələblərə uyğun tikib ya yox.

Çünki texniki şərtlərə əməl olunub, olunmamasını onlar bilir və onların necə tikmələrindən asılı olaraq burada təhlükəli vəziyyət davam edə bilər”.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.