Məşhur “Mavi qan” serialının ulduzu, aktrisa Bricit Moynahan nyu-yorklu iş adamı Endryu Frankelə ərə gedib. Tanınmış aktrisa ilə iş adamının toyu Hemptonda dostlarının və yaxınlarının əhatəsində baş tutub. Bricit ərə getməsi haqda xəbəri sosial şəbəkədə foto paylaşaraq elan edib. B.Moynahan şəklə “Təsəvvürünüzə gətirə bilməzsiniz, mən bunu etdim” sözlərini yazıb.
Xatırladaq ki, Bricit daha əvvəl idmançı Tom Bredi ilə qeyri-rəsmi münasibətdə olub. Cütlüyün hətta bu münasibətdən Con adlı bir oğlu da var. Tom hazırda model Jizel Bündhenlə ailəlidir. Endryu Frankelin əvvəlki nikahından isə 3 oğlu var.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.