banner
banner

Sosİal

Nazir suallarınızı cavablayacaq

Nazir suallarınızı cavablayacaq

Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun Şamaxı rayonunda keçirəcəyi vətəndaşları qəbul gününün tarixi dəyişdirilərək oktyabrın 30-dan oktyabrın 23-nə keçirilib.

Cia.az-ın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən məlumatına görə, S.Müslümov həmin gün saat 10:00-da Şamaxı rayonu Heydər Əliyev Mərkəzində bu rayonun və Qobustan, İsmayıllı, Ağsu, Göyçay rayonlarının sakinlərini fərdi qaydada qəbul edəcək.

Vətəndaşlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin [email protected] elektron poçt ünvanı, Şamaxı, Qobustan, İsmayıllı rayonları üzrə (020) 285-12-58, Ağsu və Göyçay rayonları üzrə (020) 255-23-45 telefon nömrələri ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.