banner
banner

Gündəm

Eldar Mahmudovun rəis əmisi oğlu işdən çıxarılıb, amma...

Eldar Mahmudovun rəis əmisi oğlu işdən çıxarılıb,

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu İlqar Mahmudov Səbayel Rayon Polis İdarəsinin rəisi vəzifəsindən kənarlaşdırılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, İ.Mahmudovun vəzifədən kənarlaşdırılması ilə bağlı daxili işlər naziri tərəfindən imzalanmış əmr də var, amma həmin əmrin icrası ləngiyir.

*   *   *10:22

Səbayel Rayon Polis İdarəsinin rəisi, polis polkovniki İlqar Mahmudovun vəzifəsindən azad edilməsi ilə bağlı məlumatlar həqiqəti əks etdirmir.

Bunu Trend-ə Səbayel Rayon Polis İdarəsindən bildiriblər.

İdarədən verilən məlumata görə, hazırda İ.Mahmudov işinin başındadır. Onun işdən azad edilməsi ilə bağlı da heç bir əmr və ya qərar verilməyib.

*   *   *10:08

Səbayel Rayon Polis İdarəsinin rəisi, polis polkovniki İlqar Mahmudov vəzifəsindən azad edilib.

Bununla bağlı müvafiq əmr imzalanıb.

Qeyd edək ki, İ.Mahmudov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğludur.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.