banner
banner

Dünya

Müştəri bankda selfi çəkdirməli olacaq

Müştəri bankda selfi çəkdirməli olacaq
Bir sıra London bankları müştərilərlə bağlı yeni sistem tətbiq edir. Novator.az xəbər verir ki, yeni sistemə əsasən, müştərilər şəxsiyyətlərini təsdiq etmək üçün selfi çəkdirməlidirlər.
Müştərinin şelfi fotosu bankın məlumat bazasına daxil edilir və “Percieve” adlanan proqram şəkli analiz edir. Proqram şəkli müştərinin “Facebook”, “Twitter” və “Linkedin” kimi sosial şəbəkələrdəki fotoları ilə də tutuşdurur. Yoxlama bitəndən sonra sistem ya ödəniş tapşırığını qəbul edir, ya da fırıldaqçılığa cəhd haqda xəbər verir.
Məlumata görə, Londonun bir neçə iri bankı bu proqramın sınaq versiyasından istifadə etməyə hazırlaşır, amma onlardan heç biri bunu açıq-aşkar bildirmir. Yeni sistemə keçidi son ildə baş verən onlayn fırıldaqlar zəruri edib.
 
“Percieve” proqramını Nyu-Yorkdan olan mütəxəssis hazırlayıb.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.