Adətən narkobaronlar və ya mafiya başçıları kişilər olur. Amma qadın cinayətkarlar da az deyil. Onlar qanunsuz işlərlə məşğul olur, insan qaçaqçılığı və ya digər cinayətlərdə iştirak edirlər. Ancaq onlar həm də çox yaxşı müdafiə olunaraq cəzalardan və həbsdən, bir müddət də olsa, yayına bilirlər. Klaudiya Oçoa Feliks "Los Antrax" Meksika quldur dəstəsinin başçıdır. Sevgilisi El Çino dörd nəfərin ölümünə görə həbs olunduğu vaxtdan o, bu "vəzifə"yə keçib. Klaudia həm də İnstaqramda aktivdir.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.