"Səninlə daha da müdrikləşdim" - Xoşqədəmdən Doğuşa
Aparıcı Xoşqədəm Hidayətqızı və müğənni Doğuşun ailə qurmasından bir il ötür. Aparıcı həyat yoldaşını sosial şəbəkədə təbrik edib: “Düz bir il əvvəl bu günü... Mənim dəyərli dostlarım, sizlərə xoşbəxtlik, sağlıq və hüzurlu bir yuva hazırlayıram. Allahıma şükr edirəm ki, bu gün güvənə biləcəyim, ən xoş günümdə, ən çətin anımda əlimdən tutan, mənlə sevinən, kədərlənən ailəm var. Allah evimizdən atamızı, anamızı əskik etməsin. Rəbbim bütün ailələrə xoşbəxtlik nəsib etsin. Qarşımıza qısqanc, paxıl, qəlbi pisliklərlə döyünən şeytanları çıxarmasın. Doğuş, nə yaxşı ki, varsan, səni tanıdım, bir ömür boyu yol getməyi seçdim. Sən məni dəyişdin. Hər dəfə şikayətlənəndə keçdiyin yolu, qarşılaşdığın insanları xatırladaraq, mənə şükr etməyi öyrətdin. Səninlə daha da müdrikləşdim. Nə yaxşı ki varsan”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.