“Titanik” filminin məşhur aktrisası Keyt Uinslet ailəsindən danışıb.
Aktrisa boş vaxtlarını uşaqlarına həsr etdiyini bildirib: “Boş vaxtlarımı uşaqlarımla keçirirəm. Balaca uşağım olduğu üçün səhər tezdən oyanıram. Həftə sonları ən gözəl şey hamımızın bir az tənbəllik etmə şansı olmasıdır. Anamla vaxt keçirmək məni xoşbəxt edir. Hərəkətli bir insanam; külək sörfünü, sahil kənarında olmağı, yemək bişirməyi və macəralara atılmağı sevirəm. Amma yeni bir şey sınamaq və hər gün başqa bir şey etmək məni qorxudur. Bəzən düşünürəm ki, kaş uça bilərdim. Ən böyük arzum isə kişi obrazını canlandırmaqdır”.
Aktrisa “Bir şansınız olsaydı, dünyada nəyi dəyişdirərdiniz?” sualını da cavablandırıb:
“Doğuşun bu qədər çətin olmamasını diləyərdim. Əgər bir şeyi dəyişdirə bilsəydim, bununla əlaqədar bir şey olardı”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.