Binəqədi Rayon Polis İdarəsi 7-ci polis bölməsinin əməkdaşları dünən axşam onları da güldürən qəribə oğurluq faktı ilə üzləşib. Səbəb Rəsulzadə qəsəbəsinin sakini Bahar Hüseynovanın polisə şikayətidir.
Binəqədi Rayon Polis İdarəsindən verilən məlumata görə, B.Hüseynova polisə şikayət ərizəsində göstərib ki, sentyabrın 5-dən onun evində kirayənişin qalan Afiq adlı şəxs oktyabrın 20-də evi tərk edib, evdən gedəndə də mənzildəki unitazı, “tülpan” əlüzyuyanın və elektrik mişarını (laqunda) oğurlayıb.
Binəqədi rayonu, Mir Cəlal küçəsində yaşayan Əliəfsər Ağayev adlı digər vətəndaş qəribə oğurluğun qurbanı olub. Binəqədi RPİ 7-ci polis bölməsinə müraciət edən Ə.Ağayev bildirib ki, oktyabrın 6-dan 20-dək evdə olmayıb. Bundan istifadə edən oğru və ya oğrular qapını sındırmaq yolu ilə onun evinə girərək mənzildəki 120 manatı və qızıldan hazırlanmış diş protezini aparıblar.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.