Gələn il iyunun 19-da Bakıda “Formula 1” yarışları baş tutacaq. Gənclər və idman naziri Azad Rəhimov “Xəzər xəbər”ə açıqlamasında bunla bağlı yollarda infrastruktur dəyişikliyi olacağını bildirib: “İşlər gedir, tenderlər keçirilir. Bakı şəhərinin sakinləri başa düşsün ki, narahatçılıq yaranacaq. Yolların bağlanması, asfalt qatlarının 6-8 santimetrə dəyişilməsi olacaq. Bu dünya “Formula 1” rəhbərliyinin tələbidir. Hər yerdə bunlar edilir. Sürətlə bağlıdır. Məcburuq, edəcəyik. Bəzi hallarda səki kəsiləcək, dirəklərin yeri dəyişdiriləcək”.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.