Bu gün UEFA Gənclər Liqasında birinci təsnifat mərhələsinin cavab oyunları keçirilib.
Ölkəmizi turnirdə təmsil edəcək "Rəvan"ın U-19 komandası cavab matçına çıxıb.
"Rəvan" doğma meydanda Moskvanın "Spartak" klubunu qəbul edib. Səfərdə rəqibinə 0:4 hesabı ilə uduzan "Rəvan" bu dəfə heç-heçə edib - 0:0. Bu nəticə ilə "Rəvan" mübarizəni erkən dayandırdığı halda, Rusiya təmsilçisi növbəti mərhələyə vəsiqə qazanıb.
21 oktyabr
19:00. "Rəvan" (Azərbaycan) - "Spartak" (Moskva) - 0:0 İlk oyun - 0:4 Bakı. "Dalğa Arena"
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.