Müğənni Röya Ayxan Naxçıvanda solo konsert verəcək.
Axşam.az-ın məlumatına görə, sənətçi bu haqda sosial şəbəkədə yazıb: “Mənim sevdiklərim, dekabrın 23-də Naxçıvanda Heydər Əliyev Sarayında mənimlə möhtəşəm konsertə hazırlaşın”. Qeyd edək ki, R.Ayxan həmçinin dekabrın 19-da və 20-də Bakıda Heydər Əliyev Sarayında “Sənə ehtiyacım var” adlı solo konsertlə çıxış edəcək.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.