banner
banner

Dünya

İki bacısını güllələdi, dostunu yaraladı – Dəhşətli qətl

İki bacısını güllələdi, dostunu yaraladı –
ABŞ-ın Korleyn şəhərində (Ohayo ştatı) 21 yaşlı Metyu A.Heyden (Matthew A. Hayden) iki bacısını güllələyib və öz dostunu yaralayıb.
Hadisə ötən gün baş verib. 
Polisin yaydığı məlumata görə, Metyu bir neçə dəfə Sara və Elizabet Heydenin, həmçinin 17 yaşlı Coşua Hakerin olduğu valideynlərinin mikroavtobusunu atəşə tutub. 17 və 16 yaşlı bacılar hadisə yerində ölüb, cinayətkarın dostu isə xəstəxanaya aparılıb. Həkimlər onun vəziyyətinin sabit olduğunu bildirib. 
Şəhər polis rəsmisinin nümayəndəsi Cim Lav vurğulayıb ki, hadisə zamanı evdə adamlar olub, lakin onlar Haydenin “Beretta” tipli tapançadan necə atəş açdığını görməyiblər. 
Məlumata əsasən hadisə barədə polisə qatilin anası Ancela Heyden müraciət edib. 
“Deyəsən o, dəli olub”, - deyə onun anası bəyan edib. 
Qatil hadisə yerinə gələn polislərə təslim olub. O, həbs olunub. Ona qarşı cinayət işi açılıb. 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.