Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında sürüşmə-çökmə baş verən ərazidəki istinad divarında aidiyyəti qurumlar tərəfindən bərkitmə işləri aparılır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev APA-ya deyib ki, 25-30 metr hündürlüyündəki istinad divarında bərkitmə işləri yuxarı və orta hissədən aparılır: “Mən təklif etmişdim ki, həmin istinad divarı sökülsün. Bu mənim subyektiv fikrimdir. İstinad divarında bərkitmə işləri heç bir effekt verməyəcək. Həmin istinad divarını söküb yenidən inşa etmək lazımdır”.
Baş geoloq əlavə edib ki, Bakı-Sumqayıt yolunun əsas hissəsində qeydə alınan çatlar xeyli genişlənib.
Ə. Piriyev qeyd edib ki, yağışlar intensiv xarakter alacağı təqdirdə sürüşmə-çökmə prosesi daha da aktivləşəcək.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.