banner
banner

Sosİal

İntiharın səbəbləri: işsizlik, kişilik, ailənin dağılması...

İntiharın səbəbləri:

Ümumdünya Səhiyyə Təşkilatının məlumatında görə, ildə 1 milyon insan intihar nəticəsində dünyasını dəyişir. Amma intiharların dəqiq statistikasını aparmaq mümkün deyil. Azərbaycanda da intihar edənlərin dəqiq sayı bəlli deyil.

Bu barədə Səhiyyə Nazirliyindən məlumat veriblər.

Nazirlikdən deyiblər ki, əksər hallarda intiharların bədbəxt hadisə kimi qeydə alınması, bəzi hallarda isə ölümün suisid, yaxud qətl hadisəsi olub-olmadığı müəyyənləşdirilmədiyinə görə intiharların sayı barədə dəqiq məlumat əldə etmək çətindir.

Lakin Azərbaycanda da bu problem var. Buna görə də Psixi Sağlamlıq Mərkəzi fəaliyyət göstərir. Mərkəzdə Təcili Psixoloji Yardım şöbəsi yaradılıb. Bu şöbədə müraciət edən şəxslərlə daha çox böhran vəziyyətinin araşdırılması, psixoloji problemlərin aradan qaldırılması məqsədilə yardım edilir. Şöbə daxilində “İnam” telefon xətti (566 50 61) xidmətdədir. Krizis vəziyyətlərinin qarşısının alınması və böhran vəziyyətinə anında müdaxilə edə bilmək üçün ixtisaslı mütəxəssislər həmin xətdə xidmət göstərirlər.

Ağır və xroniki psixi pozuntular zamanı suisid riski daha yüksəkdir. Mərkəzin müalicə-konsultativ şöbəsi belə pasiyentlərə məsləhət-müayinə və müalicə xidmətləri göstərir. Pasiyentin vəziyyətinin ağırlaşmasının qarşısını almaq üçün gündüz stasionarı xidməti təşkil edilib. Gündüz stasionarı ənənəvi stasionarın alternativ formasıdır.

Mərkəzdə ağır psixi pozuntulardan əziyyət çəkən insanlar üçün psixososial reabilitasiya şöbəsi var. Bura 18 yaşdan yuxarı şəxslər psixososial reabilitasiya xidmətləri üçün müraciət edə bilərlər.

Ağır psixi pozuntular zamanı suisid riskini azaltmaq üçün pasiyentlərin sosial həyata adaptasiyası təşkil olunmalıdır. Pasiyentlərə “CARE” üsulu ilə yanaşmaqla onların problem və məqsədlər planı araşdırılır.

İntihara münasibətdə kütləvi şüurda bəzi stereotiplər var. Adətən belə düşünülür ki, intihar edənlər öz əməllərini tamamilə dərk edirlər və onların öz həyatları ilə istədikləri kimi davranmağa tam hüquqları çatır. Ancaq bir qədər öncə qeyd edildiyi kimi, suisidal fikirlərə düşən insanlar eyni zamanda ziddiyyətli hisslər keçirirlər: bir tərəfdən, onlar ölüm arzulayırlar, digər tərəfdən isə yaşamaq istəyirlər.

Digər səhv düşüncə “əgər insan bir dəfə hər şeyə son qoymaq istəyibsə, intihar qaçılmazdır” ideyasıdır. Lakin suisidal cəhdlər daha çox kəskin həyat böhranı dövründə yaranır. İnsan böhrandan tamamilə çıxdıqdan sonra intihar etmək ehtimalı yox olur. İntihar edənlərin 80%-dən çoxu həyatdan köçmək istəmələri barədə öncədən kifayət qədər ciddi xəbərdarlıqlar ediblər.

Bura kişi cinsinə mənsub olma, gənc və ahıl yaş, ailənin dağılması, aşağı sosial status, işsizlik, sağlamlıq problemləri, psixi pozuntular, zərərli vərdişlər, əvvəlki cəhdlər, intihar barədə bəyanat və s. aiddir.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.