Müğənni Atiyə həmkarı Hadisənin işini əlindən alıb. Cia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ifaçı Hadisənin çəkildiyi reklam firmasıyla razılıq əldə edərək rəqibinin aldığı məbləğin dörddə bir hissəsinə qane olub. Atiyə corab firmalarından birinin reklamlarına çəkilmək üçün həmkarının aldığı məbləğdən 4 dəfə az qonorar əldə edəcək. Belə ki, Hadisənin 2 milyon 250 min lirəyə (təxminən 814 min manat) imzaladığı müqaviləni Atiyə 500 min lirəyə (təxminən 181 min manat) qəbul edib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.