banner
banner

Sosİal

İnternet istifadəçilərinə- xəbərdarlıq

İnternet istifadəçilərinə-

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi (ETM) Azərbaycanın internet istifadəçilərinə növbəti dəfə xəbərdarlıq edib.

"Google Chrome" veb brauzerini tamamilə silməklə özünün saxta surətini onun əvəzinə kompyuterə quraşdıran ziyanverici proqram - saxta brauzer aşkar olunub.

Təhlükəsizlik ekspertləri qeyd edir ki, istifadəçilərin "eFast Browser" adlandırılan bu saxta veb brauzerlə "Google Chrome" brauzeri arasındakı fərqi asanlıqla müəyyən etməsi mümkün deyil.

ETM internet istifadəçilərinin nəzərinə çatdırır ki, "eFast Browser" ziyanverici proqramı ciddi təhlükəsizlik problemlərinə və fərdi məlumatların oğurlanması hallarına gətirib çıxara bilər.

"Həmin saxta brauzer vasitəsilə bədniyyətli, sizin daxil olduğunuz veb səhifələrdə icazəsiz reklamlar yerləşdirə, sizi saxta məzmunu olan zərərli saytlara yönləndirə və internetdəki fəaliyyətinizi izləyə bilər. Tövsiyə edirik ki, "Google Chrome" veb brauzerini rəsmi veb saytından endirin və onu kompyuterinizə quraşdırarkən hər bir mərhələni diqqətlə təhlil edin", – deyə xəbərdarlıqda qeyd olunur.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.