Prodüser Sultan Mustafayev Röyanın yeni “Kesin bilgi” mahnısı və klipindən bəhs edib.
Prodüser sosial şəbəkədə müğənninin yeni işinin 160 minə başa gəldiyini bildirib:
“Hamımızın sevdiyi və bəyəndiyi Röyanın “Kesin bilgi”sinin qiyməti çox baha imiş. Mahnının söz və musiqisi Gülşənə məxsusdur, o, mahnı üçün 100 min dollar alıb. Ozan Çolakoğlu isə 25 min avroya aranjeman edib. Klip isə 35 min dollar çəkilib. Bu dəqiq məlumatdır. Mənim sevimli müğənnim Röya, uğurların davamlı olsun”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.